Türkiyənin “Fenerbahçe” klubunun keçmiş futbolçusu Bekir İrtegün həbs olunub.
Abzas.net xəbər verir ki, 33 yaşlı müdafiəçi Fetullah Gülenin təşkilatının “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilinir.
Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fenerbahçe”da çıxış edib.
İretgün yaxın günlərə kimi “Başakşehir” klubunda oynayırdı.