Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubu ilə müqavilə bağlayıb.
31 yaşlı qolkiper 1+1 illik sözləşməyə imza atıb.
Mlada Boleslav şəhərinin eyni adlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" ilə görüşlər üçün sifariş edib.
O, yeni komandasında 30 nömrəli forma geyinəcək.
Kamran Ağayev son mövsümü Portuqaliyanın “Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub.