1 İyul 2017
Mətni dəyiş
İtaliyanın “Roma” klubu ötən mövsüm “Sassuolo” komandasında çıxış edən Lorenso Pelleqrinini heyətinə qatıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə bağlanılıb.
“Roma”nın öz yetirməsi olan L.Pelleqrini üçün qarşı tərəfə 10 milyon avro ödədiyi bildirilib.
L.Pelleqrini 2015-ci ildə 1,25 milyon avro müqabilində “Sassuolo”ya keçib. O, ötən mövsüm “qara-yaşıllar”ın heyətində 34 oyunda iştirak edib və 8 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə edib.