UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Abzas.net xəbər verir ki, Gürcüstan çempionunu yarışdan kənarlaşdıran "Qarabağ" növbəti mərhələdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.
Qarşılaşma iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 21:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra keçiriləcək.ÇL-in III təsnifat mərhələsinin digər oyunlarında aşağıdakı cütlüklər qarşı qarşıya gələcək.
“Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus)
“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç)
“Astana” (Qazaxıstan) – “Legiya” (Polşa)
“Kopenhagen” (Danimarka) – “Vardar” (Macarıstan)
“Vitorul” (Rumıniya) – APOEL (Kipr)
“Hapoel” (Beer Şeva, İsrail) – “Ludoqorets” (Bolqarıstan)
“Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya)
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
“Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya)
“Partizan” (Serbiya) – “Olimpiakos” (Yunanıstan)
“Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya)
“Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə)
AEK (Yunanıstan) – ÇSKA (Moskva, Rusiya)
“Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya)