5 İyul 2017
Mətni dəyiş
"SOCAR Ukraine" şirkətinə məxsus neft bazasındakı çənlərə ziyan dəyməyib, Odessa vilayətindəki "Svitanok Oil Treyd" neft bazasında yanğın söndürülüb.
Bu barədə "Report"un Ukrayna bürosuna "SOCAR Energy Ukraine" şirkətinin mətbuat xidmətindən məlumat veriblər.
"Neft bazasında OKKO şirkətinə məxsus yanacaqdaşıyan maşın partlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər gəlib, yanğının qarşısı alınıb. Xəsarət alanlara yardım göstərilib. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır", - mətbuat xidmətindən bildiriblər.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın təxminən yarım saat ərzində tamamilə söndürülüb. Təqribən 100 kvadratmetrlik sahə yanıb. İki nəfər - yanacaqdaşıyan maşının sürücüsü və neft bazasının işçisi xəsarət alıb.
Yanğının söndürülməsi üçün 15 ədəd texnika və 60 yanğınsöndürən cəlb edilib.