6 İyul 2017
Mətni dəyiş
Türkiyədə ABŞ dollarının məzənnəsi 3,63 lirə səviyyəsini ötüb.
Məlumata görə, dolların möhkəmlənməsi maliyyə bazarı tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, son bir həftədə dünya valyuta birjalarında əsas rəqibi olan avro ilə müqayisədə 1,5% ucuzlaşan dolların Türkiyədə möhkəmlənməsi yerli investorları çaşdırıb.
Buna səbəb xarici iri portfel investisiyalarının Türkiyənin istiqraz bazarından çıxması ilə bağlıdır. Lakin bununla yanaşı, xarici investorlar Türkiyə fond birjalarına investisiya ediblər. Belə ki, iyunda xarici investorlar Türkiyə fond birjalarından 260 mln. ABŞ dollarına yaxın səhm alıblar.
"Report"un analitik qrupu bildirir ki, Türkiyədə dolların bahalaşması spekulyativ xarakter daşıya bilər. Belə ki, dolların yaxın gələcəkdə dünya bazarında növbəti ucuzlaşması baş verərsə, Türkiyədə yenidən 3,50 lirə səviyyəsinə qayıtması baş verəcək. Əgər dollar sabit qalsaydı, o zaman dolların dünya bazarında ucuzlaşması Türkiyədə onun 3,40 lirə səviyyəsinə düşməsinə səbəb olacaqdı.
"Bu səbəbdən böyük ehtimalla yaxın günlərdə Türkiyədə dolların 3,60 TRY/USD səviyyəsindən aşağı enəcəyi, lakin 3,50 TRY/USD-nin üzərində qalacağı proqnozlaşdırılır. İlin sonuna doğru isə dollar 3,80 lirəyə kimi bahalaşa bilər", - deyə analitiklər qeyd edirlər.