Neftin qiyməti bu ilin sonuna qədər 60 dollar/barelə çata bilər.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Anqolanın neft naziri Xose-Mariya Botelyo de Vaskonselosa açıqlama verib.
Nazirin bildirib ki, bazardan müsbət siqnallar alınır. Vaskonselos həmçinin qeyd edib ki, OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmanı 2018-ci il mart ayının sonundan sonra uzatması barədə danışmaq üçün hələ tezdir: "Noyabr ayındakı görüş anlaşmanın uzadılıb-uzadılmamasını təhli etmək üçün yaxşı imkan olacaq".
Qeyd edək ki, Anqola Afrika qitəsinin ikinci ən böyük neft ixracatçısıdır. Ölkə gəlirlərinin 97%-ni neft ixracından əldə edir. Vyana anlaşması ilə Anqola neft hasilatını 87 min barel/gün azaldaraq 1,673 mln. barel/günə endirəcəyi barədə öhdəlik qəbul edib.