Avropa Liqasında "play-off" mərhələsinin püşkü atılıb

Avropa Liqasında "play-off" mərhələsinin püşkü atılıb
4 Avqust 2017
Mətni dəyiş

Avropa Liqasında "play-off" mərhələsinin püşkatma mərasimi keçirilib.

Abzas.net xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 44 komanda 2 səbətə bölünüb.

Bunlardan 15-i Çempionlar Liqasının III təsnifat mərhələsində uduzaraq Avroliqaya qatılıblar. Digər 29 komanda isə isə Avroliqanın III təsnifat mərhələsindən qalib ayrılıb.

Türkiyənin "Fenerbahçe" klubu Makedoniya çempionu olan "Vardar"-la qarşılaşacaq

Bu kollektivlər reytinqə uyğun olaraq "Səpələnmişlər" və "Səpələnməmişlər" səbətlərində yer alıblar.

Avropa Liqası "Play-off" mərhələsi

"Şkendiya” (Makedoniya) - "Milan" (İtaliya)

"Panatinaikos" (Yunanıstan) - "Atletik" (İspaniya)

"Osiyek” (Xorvatiya) - "Austriya" (Avstriya)

"Srvena Zvezda” (Serbiya) - "Krasnodar” (Rusiya)

"Brügge" (Belçika) - AEK (Afina, Yunanıstan)

"Maritimu” (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

"Domjale” (Sloveniya) - "Marsel" (Fransa)

"Partizan" (Serbiya) - "Videoton” (Macarıstan)

"Hafnarfyordur" (İslandiya) - "Braqa" (Portuqaliya)

"Everton” (İngiltərə) - "Hayduk” (Xorvatiya)

"Utrext” (Hollandiya) - "Zenit" (Rusiya)

"Legiya" (Polşa) - "Şerif" (Moldova)

"Vitorul" (Rumıniya) - "Zalsburq" (Avstriya)

"Viktoriya" (Plzen, Çexiya) - AEK (Larnaka, Kipr)

PAOK (Yunanıstan) - "Ostersun” (İsveç)

"Altax” (Avstriya) - "Makkabi” (Təl-Əviv, İsrail)

BATE (Belarus) - "Aleksandriya” (Ukrayna)

"Ayaks" (Hollandiya) - "Rusenborq" (Norveç)

"Vardar" (Makedoniya) - "Fənərbağça” (Türkiyə)

"Ludoqorets" (Bolqarıstan) - "Suduva" (Litva)

"Apollon” (Kipr) - "Midtyulland” (Danimarka)

"Dinamo” (Zaqreb, Xorvatiya) - "Skenderbeu” (Albaniya)

"Play-off" mərhələsinin ilk oyunları 17 avqustda, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun