Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə iştirak edəcək klubların heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, siyahıda debütant “Səbail” istisna olmaqla, digər 7 komandanın üzvləri yer alıb.
Klubların çempionatdakı oyun sayında rekordçuları
“Qarabağ” - Aslan Kərimov – 268
“İnter” - Vladimir Levin - 205
“Kəpəz” - Azər Məmmədov - 186
“Neftçi” - İqor Getman - 182
“Qəbələ” – Dodo - 131
“Sumqayıt” - Slavik Alxasov - 126
“Zirə” - Viktor İqbekoyi - 56
Klubların çempionatdakı qol sayında rekordçuları
“Qarabağ” - Müşfiq Hüseynov - 109
“Neftçi” - Samir Ələkbərov - 99
“Kəpəz” - Fazil Pərvərov - 80
“İnter” - Baçana Sxadadze - 31
“Qəbələ” - Viktor Mendi - 29
“Sumqayıt” - Pərdis Fərcad-Azad - 22
“Zirə” - Nelson Bonilla - 14
Qeyd edək ki, klublar rekordçunun göstəricisinin ardıcıllığı üzrə sıralanıb.