Azərbaycana idxal edilən kerosinin 1 tonuna 1 manat aksiz vergisi tutulacaq.
“Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
İndiyədək bu məbləğ 80 manat/ton olub. Bu qərar 90 gün müddətinə qüvvədə olacaq.