Bu ilin yanvar-iyul aylarında Azərbaycan 287 843 ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,4% çoxdur.
Hesabat dövründə Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri isə 42,4% artaraq 253,66 mln. ABŞ dollarına çatıb. Qeyd edək ki, bu məhsullar ümumi ixracda 4,1% paya malik olub.
Azərbaycana meyvə-tərəvəz idxalı isə azalıb. Belə ki, 7 ay ərzində ölkəyə 180 013 ton meyvə-tərəvəz gətirilib ki, bu da 1 il əvvələ nisbətən 10% azdır. Bu məhsulların idxalına çəkilən xərclər isə cəmi 0,1% azalaraq 81,204 mln. dollar təşkil edib. Qeyd edək ki, meyvə-tərəvəz ümumi idxalda 1,9% paya malik olub.