Azərbaycan millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq

Azərbaycan millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq
14 Avqust 2017
Mətni dəyiş

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, millimiz Bosniya və Herseqovinanın Sarayevo şəhərində hazırlıq keçir.

Yığmamız toplanış çərçivəsində Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Yığmamızın heyətində 20 futbolçu məşqlərə cəlb edilib: Əliyev Asəf, Abdullazadə Səbuhi, Abdullazadə Rüfət (hamısı “Sumqayıt”), Arazlı Ayxan, Vəlizadə Turan (hər ikisi “Qarabağ”), Abbasov Abbas, Tahirov Mehdi, Əbiyev İlkin, Bağırov Murad, Əsgərov Vüsal (hamısı “Neftçi”), Omarov Sərcan, Əliyev Cavid, Nuriyev Ceyhun (hamısı “İnter”), Məmmədov Murad (“Vətən”), Muradov Xəyal, Rəhimli Cavidan, Məhərrəmov Məhəmməd, Mürsəlov Əli, Qurbanov Samir (hamısı “Qəbələ”), İbrahimov Elnur (“Spartak-2”, Rusiya).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun