Azərbaycan milli komandasının Norveç və San Marino yığmaları ilə keçirəcəyi futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına bütün təyinatlar açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk qarşılaşmanı polşalı, növbəti görüşü isə monteneqrolu hakimlər briqadası idarə edəcəklər.
Norveç – Azərbaycan
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski
(Hakimlər Poşadandır)
Hakim-inspektor: Jones Peter (İngiltərə)
Komissar: Nicolae Camelia (Rumıniya)
Azərbaycan – San Marino
Baş hakim: Nikola Dabanovic
Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar
Dördüncü hakim: Pavle Radovanovic
(Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)
Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda üz-üzə gələcək.