Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da rəqibi müəyyənləşəcək.
Artıq səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin 5 potensial rəqibi də bəllidir. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) klublarıdır.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək.