Dünya birjalarında neft ucuzlaşıb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,93% azalaraq 48,14 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,50 dollar və ya 0,96% azalaraq 51,40 dollar olub.