Çin dünyanın ən ucuz elektriklə işləyən avtomobilini istehsal edib və satışa çıxarıb.
Çinin SAICGM-“Wuling” müəssisəsi dünyanın ən ucuz elektromobilini istehsal edib. “E 100” adlı elektromobilin qiyməti 5 min dollardır.
Yeni model 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub və saatda 100 kilometr sürətlə hərəkət edir.
Avtomobil bir dəfə enerji ilə doldurulmaqla 155 kilometr məsafə qət edir.