Gürcüstanda böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik şirkətlər yanacağın qiymətini artırıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, YDM-lərdə 1 litr yanacağın qiyməti 2-5 tetri bahalaşıb.
Şirkətlər qiymət artımını dünya bazarında neftin qiymətinin artması ilə əsaslandırıblar. Bu ayın əvvəlində kiçik YDM şəbəkəsinə malik olan şirkətlər də yanacağın qiymətini 3-5 tetri qaldırmışdı.