“Neftçi” Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədən səmərəli yararlanmaq niyyətindədi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi fasilə zamanı yoxlama görüşləri keçirəcək.
Komanda ilk matçını sentyabrın 2-də I divizionda mübarizə aparan MOİK-ə qarşı keçirəcək. Elşad Əhmədov ayın 5-də isə yetirmələrini öz əvəzediciləri ilə oyunda sınayacaq.
Hər iki qarşılaşma İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək və saat 17:00-da başlanacaq.