Amerika fond bazarında Dow Jones indeksi 0,33% - 21 963,92 bəndədək, S&P 500 0,24% - 2 476,35 bəndədək, NASDAQ isə 0,23% - 6 362,94 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,70% - 7 423,66 bəndədək, Almaniya DAX-ı 1,10% - 12 251,29 bəndədək, Fransa CAC-40-ı isə 0,65% - 5 127,03 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,00 dollar azalaraq 1 271,40 dollara, gümüş isə 0,14 dollar ucuzlaşaraq 16,62 dollara satılıb.