SOCAR 2017-ci ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından 1 milyon 540 min 751 ton xam neft ixrac edib.
"SOCAR"-ın məlumatına görə, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 mln. 579,673 min ton, Ceyhan limanından 9 mln. 667,066 min ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.