Sumqayıt Kimya Sənaye Parkının nəzdində, “SOCAR Polymer” layihəsi üzrə işlər son mərhələyə keçib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bu il istehsal gücü 180 min ton olan polipropilen, 2018-ci ildə isə məhsuldarlığı 120 min ton olan yüksək sıxlıqlı polietilen qurğusunun inşası başa çatdırılacaq.