Rusiyanın “Spartak” klubunun Türkiyə təmsilçisi “Fənərbaxğça”nın futbolçusu Roman Noyştedter üçün göndərdiyi rəsmi təklifin saxta olduğu müəyyənləşib.
“Report”un “Fanatik”ə istinadən verdiyi məlumata görə, 29 yaşlı rusiyalı yarımmüdafiəçiyə Moskva klubu tərəfindən irəli sürülən transfer təklifinin əslində bir menecer tərəfindən hazırlandığı təsbit edilib. İstanbul təmsilçisi artıq həmin şəxslə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, “Spartak”ın Roman Noyştedter üçün “Fənərbağça”ya rəsmi təklif göndərdiyi bildirilirdi. Almaniyanın “Şalke” klubundan İstanbul təmsilçisinə keçən yarımmüdafiəçi Azərbaycanda “Rəvan” Futbol Akademiyasının direktoru və “İnter”in Uşaq Gənclər Futbol Məktəbinin rəhbəri vəzifəsində çalışmış Pyotr Noyştedterin oğludur.