Qazaxıstan Aral gölündən hasil edilən duzun ilk partiyasını Azərbaycana göndərib.
Abzas.net xəbər verir ki, bu barədə Moskvada (Rusiya) keçirilən XXVI "World Food Moscow" beynəlxalq ixtisaslaşmış sərgi çərçivəsində "Araltuz" SC-nin satış və marketinq üzrə vitse-prezidenti Yevgeniy Korol bildirib.
"Müəssisə Rusiyanın duz bazarının 13%-nə sahibdir. Qırğızıstana da öz məhsulumuzu göndəririk. Bu yaxınlarda Azərbaycana da ilk partiya tədarük olunub. Gələcəkdə Çin və Şərqi Avropaya ixrac əməliyyatlarını reallaşdırmağı planlaşdırırıq",- deyə Y. Korol əlavə edib.