Londonun "Çelsi" klubu Çempionlar Liqası çərçivəsində "Qarabağ"la (Ağdam) Bakıda keçiriləcək səfər matçında komandanı dəstəkləyəcək azarkeşlərə maliyyə yardımı edəcək.
"Report" xəbər verir ki, London klubu uçuş, trasfer və bir gecə 4 ulduzlu oteldə qalmağın daxil olduğu xidmət paketinin qiymətini aşağı salıb.
Bu cür paketin qiyməti 359 funt (təxminən 470.89 dollar - qeyd) təşkil edəcək.
Hazırda matçın biletinin neçəyə olacağı məlum deyil. Onların qiyməti paketin dəyərinə əlavə olunacaq.
"Qarabağ" - "Çelsi" matçı 2017-ci il noyabrın 22-də keçiriləcək.