Dünya birjalarında neft bahalaşıb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,29% artaraq 49,23 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,26% artaraq 54,75 dollar olub.