Gürcüstan Mərkəzi Bankının bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin indiki - 7% səviyyəsində saxlanılmasına qərar verilib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, qurumun rəhbərliyi qərarını inflyasiyanın sürətlənməyə başlaması ilə izah edib.
Avqust ayında Gürcüstanda qiymətlər iyul ayına nisbətən 0,2%, illik müqayisədə isə 5,7% artıb.
Gürcüstan Mərkəzi Bankının növbəti iclası oktyabrın 25-də keçiriləcək.