Dünya birjalarında neftin qiymətləri müxtəlif istiqamətdə dəyişib.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,06% artaraq 47,32 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,55% azalaraq 52,46 dollar olub.