Amerika fond bazarında Dow Jones indeksi 0,05% - 22 284,32 bəndədək ucuzlaşıb, S&P 500 0,01% - 2 496,84 bəndədək, NASDAQ isə 0,15% - 6 380,16 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 7 285,74 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,08% - 5 268,76 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı isə 0,08% - 12 605,20 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,60 dollar azalaraq 1 297,10 dolara, gümüş isə 0,01 dollar ucuzlaşaraq 16,87 dollara satılıb.