Rusiya Mərkəzi Bankı banklara likvidliyin təmin olunması üçün əlavə mexanizm təqdim edib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Mərkəzi Bank rublda 90 günədək likvidlik təmin edəcək.
Maliyyə qurumları pul vəsaitlərinin digər mənbələrdən cəlb olunması tükəndikdə Rusiya Mərkəzi Bankına yeni mexanizmdən istifadə üçün müraciət edə bilərlər. Likvidlik əldə etmək üçün bank nəzarət orqanına ərizə verməli, vəsaitin vacibliyi səbəblərini yazmalı, “çıxış strategiyası” - bankın problemlərini həll etmək qabiliyyətini təsdiq edən pul vəsaitlərinin axınlarının proqnoz cədvəlini və s. təqdim etməlidirlər.
Yeni mexanizmlə banklara yardım artıq sentyabrın 1-dən təklif edilir.