Rusiyada keçirilmiş sosial sorğu nəticəsində məlum olub ki, vətəndaşların 29%-i ölkədə bank böhranı gözləyir, 15%-i isə böhranın artıq başladığı qənaətindədir. Rusiya mətbuatı yazır: Sorğuda iştirak edənlərin 36%-i bankların böhranla üzləşmə ehtimalının az olduğunu bildirib, 4% respondent isə ümumiyyətlə böhranın ola biləcəyini istisna edir.
Sorğu nəticəsində o da üzə çıxıb ki, rusların 67%-i bir sıra bankların lisenziyasının ləğv edilməsindən xəbərdardır, 14% respondent isə bank sektorundakı vəziyyətlə daha detallı tanışdır.
Bir qədər əvvəl Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev bəyan edib ki, ölkənin bank sistemində risk yoxdur və banklar stabil şəkildə fəaliyyət göstərir. Report