Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani, Laqodexi və Kvareli şəhərlərinin təbii qazla təchizatı dayandırılıb.
APA-nın yerli bürosunun məlumatına görə, buna səbəb “SOCAR Georgia Gas” şirkətinin qaz kəmərində aparılan təmir-bərpa işləridir. Şirkətdən bildirilib ki, Qurcaaniyə və 15 kəndə, həmçinin Kvareli və Laqodexi şəhərlərinin bir hissəsinə təbii qaz verilmir.
Sabahdan etibarən təbii qazın verilişi tədricən bərpa olunacaq. Qaz kəmərində təmir-bərpa işlərinin sentyabrın 5-də başa çatdırılacağı gözlənilir.