İngiltərənin "Liverpool" klubunun əfsanəvi kapitanı Steven Gerrard doğma komandasına geri dönüb.
Abzas.net xəbər verir ki, mersisaydlıların keçmiş yarımüdafiəçisi klubun U-19 komandasına baş məşqçi təyin edilib.
37 yaşlı mütəxəssis "Liverpool"-un 19 yaşlılardan ibarət komandasını UEFA Gənclər Liqasına hazırlaşdıracaq. Liqada komanda "Spartak", "Sevilla" və "Maribor"-dan olan həmyaşıdları ilə mübarizə aparacaq.
Gerrard həmçinin klubun 18 yaşa qədər olan komandasını da çalışdıracaq.