ABŞ-ın "Bank of America Merrill Lynch" bankının İnvestisiya departamenti "Bitcoin"lə əməliyyat aparan müştəri və maliyyə məsləhətçilərinin bu maliyyə alətinə çıxışını bloklaşdırıb.
"The Wall Street Journal" məlumat verib ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyatların bloklaşdırılmasına səbəb bu növ investisiyaların məqsədəuyğun hesab edilməməsidir.
Bank bir qədər əvvəl öz müştərilərinə bitkoinlə fyuçers əməliyyatlarına xidmət göstərməkdən imtina edib. Həmçinin maliyyə məsləhətçilərinə bitkoinə investisiya edən "Grayscale" fondunun qiymətli kağızlarına investisiyalar qadağan olunub.
Qeyd edək ki, son zamanlar qadağa dalğası ABŞ başda olmaqla bir sıra ölkələri bürüyüb. UBS bankın ABŞ şöbəsi, "JPMorgan", "Citigroup", "Royal Bank of Canada" və s. banklar öz müştərilərinə bitkoinlə ticarəti qadağan edib.