“Gürcüstanda bu il infrastruktur layihələrlə bağlı 3,5 mlrd. dollar dəyərində müqavilələr imzalanacaq”.
Bu barədə Gürcüstanın infrastruktur və regional inkişaf naziri Zurab Alavidze deyib.
O bildirib ki, 2018-ci ildə həyata keçirilməsinə başlanılacaq infrastruktur layihələr həm turizm, həm də su təminatı sahəsi üzrə olacaq: “Bu layihələrlə bağlı müqavilələrin əsas hissəsi ilin ikinci yarısında imzalanacaq. Layihələrin icrası 2021-ci ildə başa çatdırılmalıdır”.
Z. Alavidze qeyd edib ki, nəzərdə tutulan layihələr tanışlıq üçün yerli şirkətlərlə yanaşı, xarici investorlara da təqdim olunacaq.