Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun ümumi həcmi 2017-ci il dekabrın 1-nə 4 672,2 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) xəbər verir.
Hesabata əsasən, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 0,19%, illik müqayisədə 21,19% azalıb. Ev təsərrüfatlarına kreditlərin məcmu kredit qoyuluşunda xüsusi çəkisi 2017-ci il dekabrın 1-nə həmin ilin əvvəlindəki 35,6%-dən 38,2%-ə yüksəlib. Aylıq müqayisədə isə xüsusi çəkidə azalma davam edib.