Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.
İlk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ" yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.
Yoxlama oyunları 16:00 "Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) 18:30 "Qarabağ" (Azərbaycan) - "Mariupol" (Ukrayna)