Hollandiyanın Veyk-an-Zee şəhərindəkeçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov turnirdə növbəti matçını dünya reytinqində ilk pillədəyer alan Maqnus Karlsenə qarşı keçirib.
Ağ fiqurlarla oynayan təmsilçimiz 38-ci gedişdə bərabərliyə razı olub.
Qeyd edək ki, Məmmədyarov hazırda 7 xalla Aniş Qiri və Maqnus Karlsenlə birlikdəliderliyi bölüşür.