Misir yığmasının və İngiltərənin “Liverpul” klubunun forvardı Mohamed Salah 2017-ci ilin ən yaxşı ərəb futbolçusu seçilib.
Abzas.net xəbər verir ki, Salah-ı ən yaxşı ərəb futbolçu olduğunu müəyyənləşdirən bu səsvermədə ərəb ölkələrini təmsil edən 100-dən çox jurnalist iştirak edib.
Salah-dan sonrakı yerləri Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edən forvardlar Omar Kharbin və Omar al-Suma tutublar. Hər iki hücumçu suriyalıdır.
Cari mövsümdə "Liverpul"un heyətində çıxdığı 29 oyunda 23 qol vuran Mohamed Salah, eyni zamanda Misir yığmasının 2018-ci il dünya çempionatına vəsiqə qazanmasında böyük rol oynayıb.