2017-ci ilin ilk 11 ayı ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 525 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumat verib. Bu rəqəmin, əvvəlki ilin eyni dövrünə nisbətən 6.2 faiz çox olduğu bildirilir.
2017-ci il dekabrın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521.2 min nəfər təşkil edib. Onlardan 881.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bundan əlavə, DSK-nın məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq məhsullarının qiyməti 17 faizdən çox bahalaşıb.
Bu ildən pensiyalar inflyasiyaya görə yox, əməkhaqqı artımından asılı olaraq artırılacaq.