Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat edib.
Abzas.net xəbər verir ki, 1925-ci ildə İstanbulda anadan olan əfsanəvi aktyor 93 yaşında vəfat edib.
Munir Özkul uzun müddətdir ki, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi.
Ankara və İstanbul dövlət teatrlarında çalışan aktyor, 1950-ci ildən etibarən filmlərdə çəkilməyə başlayıb.
Böyük kinoda ilk rolu “Üçüncü Səlim” filmindəki obraz olub. 1951-ci ildə Muhsin Ərtuğrulun “Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda görünüb.
Munir Özkul “Nəşəli günlər”, “Mavi Muncuq”, “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinifi” trilogiyasındakı Mahmud Hoca (“Keçəl Mahmud”) obrazı ona böyük məşhurluq gətirib.