Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
BakuPost xəbər verir ki, 35 ölkədən 383 atletin mübarizə apardığı turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub.
Atletimiz təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Toplam 301 kq (136+165) nəticə ilə Paşa İbrahimli yekun sıralamada 4-cü yeri tutub.