17 Oktyabr 2018
Mətni dəyiş
Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.
Xəbərə görə, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək.
Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayında başa çatır.
Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.