Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmasında Qırğızıstan təmsilçisi Yolaman Şarşenbekovu 59 saniyəyə məğlub edib.
Qeyd edək ki, İslam Abbasov (87 kq) yarımfinalda Ukrayna təmsilçisi Yan Beyenyuka məğlub olub. 22 yaşlı idmançı oktyabrın 27-də bürünc medal uğrunda güləşəcək.