"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ının futbolçusu Məsut Özil kumirini açıqlayıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Fransa yığmasının sabiq futbolçusu Zinəddin Zidanın adını çəkib. "Zidanla tanış olduqdan sonra həyəcanlandım, əllərim tərləyirdi. Lakin o, sakit idi. Onunla görüşdən məmnun qaldım", - deyə Özil bildirib.
Türk əsilli futbolçu Zidanın çıxış etdiyi dönəmdə oyun üslubunu bəyəndiyini əlavə edib: "O, meydanda soyuqqanlı idi, çox ağıllı oynayırdı. Komanda yoldaşı yaxşı mövqedə olsa, hər zaman onu görürdü və acgözlük etmirdi. Madriddə onunla tanış olmağımdan məmnun qaldım".
Qeyd edək ki, Məsut Özil 2010-2013-cü illərdə "Real Madrid"də çıxış edib. Zinəddin Zidan isə 2013-2014-cü illərdə Madrid təmsilçisində köməkçi-məşqçi, 2016 - 2018-ci illərdə baş məşqçi vəzifəsini yerinə yetirib.