"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 8-ci turunda öz meydanında qəbul etdiyi "Nyukasl"ı 3:2 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, görüş Mançester şəhərinin "Old Trafford" stadionunda baş tutub.
Qonaqlar oyuna fəal başlayıblar və artıq 10-cu dəqiqədə rəqibin qapısından iki top keçirməyə müvəffəq olublar: Robert Kenedi və Yosinori Muto fərqlənib.
İkinci hissədə mankunianlar matçın gedişatını dəyişə biliblər. Əvvəlcə Xuan Mata və Antoni Marsyal ardarda fərqlənib. Komandanın qələbə topunu isə 90-cı dəqiqədə Aleksis Sançes vurub.
"Mançester Yunayted" bu qələbə sayəsində turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. "Nyukasl" 19-cu yerdə qalıb.
İngiltərə Premyer Liqası. 8-ci tur
"Mançester Yunayted" – "Nyukasl Yunayted" - 3:2
Qollar: 0:1 – Kenedi – 7, 0:2 – Muto – 10, 1:2 – Mata – 70, 2:2 – Marsyal – 76, 3:2 – Sançes – 90