"Atletiko"nun müdafiəçisi Xose Mariya Ximenesin son durumu müəyyənləşib.
Xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Borussiya" ilə matçda zədələnn uruqvaylı müdafiəçinin əzələsindən zədə aldığı məlum olub. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Atletiko" - "Borussiya" görüşü Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.