27 Noyabr 2018
Mətni dəyiş
“Barselona” Çempionlar Liqasının qrup mərhələsində PSV ilə səfər oyununa ciddi itkilərlə çıxacaq..
Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
La Liqanın son turunda “Atletiko” ilə keçirilən görüşdə zədələnən uruqvaylı hücumçu Luis Suares iki həftə meydana çıxa bilməyəcək.
Məşq zamanı ayağından zədə alan qapıçı Yaspe Silessen 2-3 həftədən sonra sıraya dönəcək.
Əzələsi dartılan yarımmüdafiəçi Artur da noyabrın 28-də PSV ilə keçiriləcək oyununu buraxacaq.
Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi Rafinyanın da zədə səbəbindən mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi məlum olub.