"Beşiktaş"ın futbolçusu Pepe iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, UEFA Millət Liqasında Polşa ilə matçda zədələnən 35 yaşlı müdafiəçinin sağ ayaq əzələsində yırtıq aşkarlanıb.
Bu səbəbdən o, "Ankaragücü" (24 noyabr), "Sarpsborq" (29 noyabr) və "Qalatasaray"la (2 dekabr) görüşləri buraxacaq.