FİFA Türkiyənin daha bir klubunu cəzalandırıb. Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Superliqa təmsilçisi “Bursaspor”a transfer qadağası qoyulub. Bursa təmsilçisi qış transfer pəncərəsində futbolçu ala bilməyəcək.
Buna səbəb kimi ötən il "Bursaspor"u çalışdırmış fransız mütəxəssis Pol Le Quenin klubdan ona ödənilməli olan 240 min avronu vaxtında ala bilməməsi göstərilib.
İki gün əvvəl digər Superliqa təmsilçisi “Kaysersipor”a da transfer qadağası qoyulub.