"Liverpul"un müdafiəçisi Nataniel Klayn qış fasiləsində komandadan ayrıla bilər. Mersisaydlılar 27 yaşlı futbolçusunu satmağa hazırlaşır. Yurgen Klopp əsas heyətdə şans vermədiyi oyunçunun komandada qalmasını istəmir. Qeyd edək ki, Klayn "Liverpul"a 2015-ci ilin yayında "Sauthempton"dan 12 milyon funt-sterlinqə transfer olunmuşdu. Onun klubla 2020-ci ilin yayına kimi müqaviləsi var.